Xidmətlərimiz

Xidmətlərimiz

Ən yaxşı nəticələr üçün doğru strategiyaları tətbiq edirik

İnsan kapitalının hər bir biznes üçün əsas uğur faktorlarından biri olduğuna inanırıq və onun idarə olunması üçün müasir alətlər və sistemlərin qurulmasını təmin edirik.

Təşkilati idarəetmə strukturun qurulması

İdarəetmənin düzgün qurulmasını və effektivliyini təmin etmək məqsədi daşıyır.

Əmək haqqı dərəcələndirmə sisteminin qurulması

Hər bir təşkilatın fəaliyyət göstərdiyi sferaya uyğun əmək haqqı və motivasiya sistemi qurulur.

Təlim və inkişaf sisteminin qurulması

Təşkilatın işçilərinin inkişaf etdirilməsi və peşəkarlıq səviyyəsinə çatdırılması məqsədi daşıyır.

İşçi məmnuniyyətinin ölçülməsi

Mövcud heyətin məmnuniyyət səviyyəsi bir neçə istiqamət üzrə ölçülür və İR idarəetməsində şirkət siyasətinin müsbət və çatışmayan tərəfləri müəyyənləşdirilir.

Komanda idarəçiliyi ilə bağlı mentorluq

Birbaşa rəhbər şəxslərə heyətin idarə eilməsində davamlı dəstək göstərmək məqsədi daşıyır. Rəhbərin heyət idarəçiliyi ilə bağlı bütün yönləri analiz edilir və müsbət və inkişafa ehtiyac olan yönləri aşkarlanır.

İş analizinin həyata keçirilməsi

Vəzifələrin icrası üçün lazım olan biliklər, təcrübə, təhsil və təlim bazası, səriştələr müəyyən edilir

Performans əsaslı əmək haqqı sisteminin qurulması

Şirkətin birbaşa satışına təsir edən vəzifələr üçün hədəflər yönəlik ə/h sisteminin qurulması məqsədi daşıyır.

İşə qəbul sisteminin qurulması

Təşkilatın tələbə uyğun kadrlarla təmin olunması və onların adaptasiya olunması məqsədi daşıyır

Kadr Kargüzarlığının auditi

Xidmət zamanı tərəfimizdən şirkətdə aparılan insan resursları əməliyyatlarının Əmək Məcəlləsinə uyğunluğu yoxlanılır, cərimə riskləri müəyyən edilir.

Performans idarəetmə sisteminin qurulması

Performans idarəetmə sistemi İşçilərin hədəfə yönəlik fəaliyyətini təşkil etmək məqsədi daşıyır.

Şirkət daxili nizam intizam qaydalarının hazırlanması

Burada əlavə məzuniyyətlər, avans alma qaydaları, işçilərin davamiyyət qaydaları və s. əhatə olunur.

İR əməliyyatları və kadr kargüzarlığı xidməti

Şirkətin kadr idarəetmə proseslərini optimallaşdırmaq üçün dəstək məqsədi daşıyır.

İşə qəbul və “Headhunting” xidməti

Ən uyğun namizədlərin tapılması və cəlb edilməsi prosesində dəstək məqsədi daşıyır. İşə qəbul prosesiniz sürətləndirilir, işçi axtarışında vaxt və resurslarınız optimallaşdırılır.
Müştəri rəyləri

Müştərilərimizin etimadı uğurumuzun ən böyük göstəricisidir.