Performans idarəetmə sisteminin qurulması
İşçilərin hədəfə yönəlik fəaliyyətini təşkil etmək məqsədi daşıyır. Təşkilatın məqsədləri hər bir funksiya və funksiya daxilində mövcud işçilər tərəfindən mənimsənilməsi və bu məqsədlərə doğru fəaliyyəti təmin edilir. Şöbə, departament və vəzifələri əhatə edən əsas performans göstəriciləri müəyyən edilir (KPİ). Eyni zamanda ehtiyaca uyğun olaraq hər bir vəzifə üçün qiymətləndirmə səriştələri müəyyənləşdirilir. Rəhbər şəxslərə performansın idarəedilməsi ilə bağlı təlimlər keçirilir. Performans qiymətləndirilməsindən sonra yüksək və aşağı performans göstərənlərlə bağlı tədbirlər planı hazırlanır.