İnsan resursları əməliyyatları və kadr kargüzarlığı xidməti
Şirkətin kadr idarəetmə proseslərini optimallaşdırmaq və effektiv şəkildə həyata keçirmək üçün dəstək məqsədi daşıyır. Kadr inzibatçılığı xidmətimiz şirkətin işçi məlumatlarının idarə olunması, işə qəbul və işdən azadetmə, əmək müqavilələrinin hazırlanması və yenilənməsi, əmək məzuniyyətlərinin və digər məzuniyyətlərin idarə olunması, intizam tənbehlərinin idarə olunması və sənədləşdirilməsi və eləcə də kadr kargüzarlığı ilə əlaqəli olan bütün digər fəaliyyətləri əhatə edir. Məqsədimiz, insan resursları əməliyyatlarınızı daha səmərəli və qanunvericliyin tələblərə uyğun şəkildə idarə olunmasına kömək etməkdir.