Birbaşa rəhbər şəxslərə heyətin idarə eilməsində davamlı dəstək göstərmək məqsədi daşıyır. Rəhbərin heyət idarəçiliyi ilə bağlı bütün yönləri analiz edilir və müsbət və inkişafa ehtiyac olan yönləri aşkarlanır. Davamlı dəstək və düzgün istiqamətləndirməklə rəhbərin idarəetmə qabiliyyətləri inkişaf etdirilir. Rəhbərin heyətin idarə olunmasına dair iş prosesində yaranmış bütün suallarına birlikdə həll yolları tapılır, qərar vermə prosesinə dəstək verilir.