İnsan Resursları idarəetməsi sahəsində özünü inkişaf etdirmək istəyən, əsl peşəkar kimi yetişmək istəyən şəxslər üçün unikal vakansiya mövcuddur.
Şirkət: Hucap Consulting ;
Vəzifə adı: İnsan resursları üzrə mütəxəssis ;
İş yeri: Bakı ;
Əmək haqqı: Razılaşma yolu ilə ;
İş rejimi: Bazar ertəsi – Cümə, 10:00 – 17:00 ;
Təcrübə tələb olunmur.
Billik və bacarıqlar:
- İnsan Resursları sahəsində nəzəri biliklər
- Operativlik
- Sürətli öyrənmə bacarığı
- Nizam – intizamlı
- Təqdimat etmə bacarığı
- Analitik düşünmə bacarığı
- Microsoft Word, Power Point, Google sheet
- Ingilis və rus dili biliyi
Əsas öhdəlikləri:
- Şirkətin bütün layihələrinin icra olunmasında iştirak edir.
- Iş analizinin aparılması prosesində iştirak edir.
- İşə qəbul və headhunting xidmətinin göstərilməsində iştirak edir.
- Performans idarəetmə, əmək haqqı, təlim və inkişaf sistemlərinin qurulmasında iştirak edir.
- İnsan resursları prosedurlarının hazırlanması prosesində iştirak edir.
- Layihələrlə bağlı plan tərtib edir.
- Mütəmadi olaraq birbaşa rəhbərinə layihə gedişatı ilə bağlı hesabat hazırlayır.
- Layihə ilə bağlı müştərilərlə ilə mütəmadi əlaqə saxlayır.
- Layihənin təqdimatında iştirak edir.
- Layihə bitdikdən sonra onun icrası prosesində müştərilərə dəstək verir.
Maraqlanan şəxslər mövzu yerində İnsan resursları üzrə mütəxəssis yazaraq hr@hucap.az ünvanına
24.01.2025 tarixinə qədər cv göndərə bilərlər.